NAXÇIVAN :

30 Aprel 2025, Çərşənbə

Tbilisidə bazarda güclü yanğın baş verib

...

Aprelin 30-da səhər saatlarında Tbilisidə dəmiryolu vağzalı bazarının ərazisində güclü yanğın baş verib.

"Şərq qapısı" xəbər verir ki, yanğın Borjomi dəmir yolu vağzalının ərazisində geyim, meyvə-tərəvəz və müxtəlif əşyalar üçün anbarların olduğu ərazidə baş verib. Ətrafı qatı tüstü bürüyüb.

Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, hadisə yerində xilasedicilər işləyir. Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Nəşr edilib : 30.04.2025 10:15