Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempion...
22:56 21.04.2026
0
0
0
Yanvarın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Tanınmış jurnalist Mirşahin Ağayev də həmin müsahibədə iştirak edib və suallar ünvanlayıb.
Müsahibədən sonra Mirşahin Ağayev qəzetimizlə təəssüratlarını paylaşaraq bildirib ki, Prezident İlham Əliyev olduqca maraqlı, son dərəcə məlumatlı, müdrik və səmimi liderdir. O vurğulayıb ki, müsahibə zamanı Azərbaycan mediasının təmsilçiləri yalnız öz suallarına cavab almayıb, həm də liderlik, strateji düşüncə və geosiyasi baxışların canlı nümunəsini görüb. Mirşahin Ağayev əlavə edib ki, Prezidentin cavabları dəqiq, sərrast və nümunəvi olub, müsahibə jurnalistlər üçün unikal təcrübə təqdim edib.
Müsahibə zamanı Prezident İlham Əliyev ölkəmizin sosial-iqtisadi inkişafı, beynəlxalq münasibətlər, regionun strateji əhəmiyyəti və Azərbaycanın gələcək perspektivləri barədə önəmli açıqlamalar verib.
Digər xəbərlər