NAXÇIVAN :

03 May 2026, Bazar

Sumqayıtda silah-sursat aşkarlanıb

...

Sumqayıt şəhərində silah-sursat aşkar olunub.

"Şərq qapısı" xəbər verir ki, "Kimyaçılar" yaşayış massivinin dənizkənarı hissəsində AKC-74 markalı, 5,45 çaplı avtomat silahı, ona məxsus bir ədəd daraq və 17 ədəd patron tapılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Silah-sursatın mənşəyi və əraziyə hansı şəraitdə düşməsi istiqamətində tədbirlər davam etdirilir.

Nəşr edilib : 18.11.2025 10:06