NAXÇIVAN :

25 Iyun 2025, Çərşənbə

Sloveniya Respublikasının Prezidenti Zati-aliləri xanım Nataşa Pirts Musara

...

Hörmətli xanım Prezident,

Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Sloveniya arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Sloveniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyun 2025-ci il

Nəşr edilib : 25.06.2025 11:14