Ötən ay İran-Azərbaycan sərhədində silahlı insiden...
13:46 02.05.2025
0
0
0
Bəzək daşları lap qədim zamanlardan insanları özünə cəlb etmiş və onlardan müxtəlif əşyaların hazırlanmasında istifadə olunmuşdur. Hər il bəzəkli, rəngli daşların texnikada və tətbiqi sahələrdə, əsasən, dekorativ incəsənətdə əhəmiyyəti artır.
Son dərəcə gözəl və qitmətli dekorativ bəzək materialı araqonit və ya mərmər “oniksi” hesab olunur. Naxçıvan Muxtar Respublikası ərazisində onun bir neçə yatağı bəllidir və onlar genetik olaraq mineral bulaqlarla əlaqədardır.
Sirab araqonit (mərmər oniksi) yatağı Naxçıvan şəhərindən 15 kilometr, Sirab kəndindən isə 3 kilometr şimal-şərqdə yerləşir. Sirab yatağında travertinlərin arasında araqonit minerallaşması laycıqlar şəklində rast gəlinir. Onun qalınlığı 1,5 santimetrdən 5,0 santimetrədək dəyişir. Araqonit laycıqları 1-2 metrdən 5 metrədək məsafədə izlənilir və əsasən, araqonitin şüavari növü ilə təmsil olunur. Araqonitin C2 kateqoriyası üzrə ehtiyatları 236,4 ton təşkil edir.
Əlincəçay alevroəqiq yatağı Əlincəçay körpüsündən 7-8 kilometr cənub-qərbdə, Nehrəm dolomit yatağının yaxınlığında yerləşir. Üzük daşı məqsədilə öyrənilən yatağın (Culfa konqlomerat yatağı) A+B+C1 kateqoriyaları üzrə ehtiyatları 2,1 mln.m3, C2 kateqoriyası üzrə isə 461,5 min m3 təşkil edir. Alevrolit akonkresiyaları yüksək dekorativliyə malik olduğundan onlardan bəzək və məmulat əşyalarının (vazalar, stolüstü əşyalar, bilərziklər, muncuqlar və sair) hazırlanmasında istifadə etmək olar.
Ümumiyyətlə, Sirab-I və Əlincəçay yataqlarının ehtiyatı 2800 min kubmetrdir.
Aygün RÜSTƏMOVA
Digər xəbərlər