Məhkəmədə Ermənistanda yüksək vəzifələr tutmuş şəx...
21:58 02.05.2025
0
0
0
NAXÇIVAN :
02 May 2025, Cümə
"Son illərdə media və kommunikasiya fəaliyyətinin müasir formada təşkil edilməsinin nəticəsidir ki, ölkəmizə qarşı qarayaxma kampaniyaları aparan tərəflərin həqiqi niyyətləri yerli mediada operativ formada ifşa olunur, cəmiyyətdə neqativ xəbər axınına qarşı dayanıqlı təbii müqavimət – informasiya immuniteti gücləndirilir".
"Şərq qapısı" xəbər verir ki, bunu MEDİA-nın təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda II Forumun açılış mərasimində Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.
O bildirib ki, bu il, eyni zamanda Azərbaycan jurnalistikası üçün mühüm əhəmiyyət kəsb edən, yaddaqalan illərdən hesab olunur: "Zəngin və şərəfli inkişaf yolu keçmiş Azərbaycan milli mətbuatı bu il özünün 150 illik yubileyini qeyd edir. Fürsətdən istifadə edərək bu əlamətdar tarixi hadisənin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı imzaladığı tarixi Sərəncama və peşəkar jurnalistikanın inkişafına göstərdiyi daimi diqqət və qayğısına görə cənab Prezidentə ölkəmizin media ictimaiyyəti adından təşəkkürümüzü bildirmək istərdik! 1875-ci ildə maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları öz ətrafında birləşdirmiş, elm, maarif, mədəniyyət, incəsənət və kənd təsərrüfatının inkişafı ilə bağlı məqalələr dərc edib, xalqın mədəni tərəqqisi uğrunda mübarizə aparıb".
Ə. İsmayılov bildirib ki, medianın peşəkarlığının artırılması, iqtisadi dayaqlarının gücləndirilməsi Azərbaycan dövlətinin bütün inkişaf mərhələlərində informasiya siyasətinin prioritetləri sırasında olub: "Bunun bariz nümunəsi kimi Prezident cənab İlham Əliyevin 2021-ci ilin yanvarın 12-də “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə medianın inkişafında yeni bir mərhələnin başlanmasını göstərmək olar. Medianın İnkişafı Agentliyinin yaradılması da məhz bu istiqamətdə həyata keçirilən quruculuq prosesinin tərkib hissəsi olub".
Digər xəbərlər