NAXÇIVAN :

13 Iyun 2025, Cümə

Si Cinpin Qazaxıstana səfər edəcək

...

Çin Xalq Respublikasının Sədri Si Cinpin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə iyunun 16-17-də Astanada səfərdə olacaq.

"Şərq qapısı" Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, səfər əsnasında yüksək səviyyədə keçiriləcək görüşdə iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi məsələlərinin müzakirə olunacağı gözlənilir.

Çin liderinin səfəri çərçivəsində iyunun 17-də Astanada region ölkələri dövlət başçılarının iştirakı ilə ikinci “Mərkəzi Asiya-Çin” Zirvə görüşünün keçirilməsi də planlaşdırılır.

Nəşr edilib : 11.06.2025 11:57