NAXÇIVAN :

30 Aprel 2025, Çərşənbə

Şərurda qadın həmkəndlisi tərəfindən öldürülərək quyuya atılıb

...

Şərur rayon Oğlanqala kənd sakini 1950-ci il təvəllüdlü Zeynəb İsmayılova həmkəndlisi 1986-cı il təvəllüdlü Aypara Əsgərova tərəfindən öldürülərək quyuya atıldığı ehtimal edilir. Həmin ərazidən video-görüntü və fotoları təqdim edirik.
Qeyd edək ki, tədbirlər nəticəsində Aypara Əsgərova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub. Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Nəşr edilib : 23.04.2025 16:36