NAXÇIVAN :

03 May 2026, Bazar

Şərurda kartof əkininə başlanılıb

...

Gündəlik qida məhsulları sırasında kartof ikinci çörək sayılır. Bu sahədə yaxşı təcrübə qazanan kənd əməkçiləri ilbəil əkin sahələrini genişləndirir, məhsuldarlığı artırırlar. Muxtar respublikanın ən böyük aqrar bölgəsi olan Şərurda kartof əkininə başlanıb. Artıq 154 hektar sahədə kartof əkilib. Qabaqcıl texnologiyalardan və məhsuldar toxum sortlarından istifadə bu il də daxili bazarın yerli kartof məhsulu ilə təminatına zəmanət verir. Həmçinin əkinçinin ən böyük problemi sayılan suvarma infrastrukturunun yenilənməsi istiqamətində başladılan işlər torpaq mülkiyyətçilərini daha da həvəsləndirib. Bu il əkinin 430 hektardan artıq olacağı proqnozlaşdırılır.
 

Nəşr edilib : 14.03.2026 11:42