NAXÇIVAN :

13 May 2026, Çərşənbə

Şərur rayonunda dolu hadisəsi qeydə alınıb

...

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kəndində dolu hadisəsi qeydə alınıb. 
"Şərq qapısı" xəbər verir ki, müşahidələrə əsasən yağan dolu dənələrinin diametri 5 mm təşkil edib.
Hazırda Naxçıvan Muxtar Respublikası ərazisində yağıntılı və qeyri-sabit hava şəraiti davam edir. Hava şəraitinin həftə sonunadək fasilələrlə müşahidə olunacağı gözlənilir. Bəzi ərazilərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.

Nəşr edilib : 13.05.2026 18:12