İraq Prezidenti 13-cü Ümumdünya Şəhərsalma Forumun...
23:31 03.05.2026
0
0
0
NAXÇIVAN :
04 May 2026, Bazar ertəsi
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov nazirlik tərəfindən “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə bağlı görülmüş işlər, qarşıda duran məsələlər barədə ətraflı məlumat verib, media nümayəndələrinin suallarını cavablandırıb.
Nazir müavini qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyev 2024-cü il 21 fevral tarixdə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” Sərəncam imzalayıb. Həmin Sərəncamın icrası üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 29 iyun tarixli Qərarı ilə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonası” və “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisinin xüsusi rejimi” təsdiq edilib. Qoruğun ərazisi 240.06 ha, mühafizə zonası 11.81 ha olmaqla, ümumilikdə, 251.87 ha ərazini əhatə edir. Qoruq ərazisində 1-i dünaya, 1-i ölkə, 218-i yerli əhəmiyyətli olmaqla, ümumilikdə, 220 daşınmaz tarix və memarlıq abidəsi mövcuddur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 12 mart tarixli Qərarı ilə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi təsdiq edilib.
Nazir müavini vurğulayıb ki, qoruğun ərazisində tarix-mədəniyyət abidələrinin bərpa-konservasiyası istiqamətində işlər aparılır. Qoruğun inzibati binası üçün nəzərədə tutulan “Ərbabın iş yeri” tarixi binanın və Sərşəhər meydanında yerləşən Sərşəhər məscidinin bərpası ilə bağlı layihələndirmə işləri aparılıb, hazırda mədrəsə binasının bərpası ilə bağlı layihələndirmə işləri və “Ərbabın iş yeri” tarixi binanın bərpası istiqamətində satınalmalar keçirilir.
Digər xəbərlər