"Konstitusiya və Suverenlik İli” çərçivəsində "Kon...
21:29 29.04.2025
0
0
0
Qadınların sahibkarlıq və kiçik bizneslə məşğul olması, eləcə də ailə təsərrüfatlarının qurulması və inkişaf etdirilməsi istiqamətində sosial layihələr icra olunub, qadınlara fəaliyyət istiqamətlərinin inkişafı və genişləndirilməsi üçün sərmayə kapitalı verilib. Sərmayə kapitalından düzgün istifadə olunması ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən növbəti monitorinqlər keçirilib. Keçirilən monitorinqlər zamanı məlum olub ki, Babək rayonu Məzrə kənd sakinləri Hüseynəliyeva Şəfəq Xeyrulla qızı toxuculuq sahəsi üzrə, Salayeva Tahirə Vasif qızı isə xırdabuynuzlu heyvandarlıq təsərrüfatları üzrə sərmayə kapitalından düzgün istifadə edərək fəaliyyət sahələrini inkişaf etdiriblər.
Digər xəbərlər