Azərbaycan Güləş Federasiyasının Etika və İntizam ...
23:54 13.05.2026
0
0
0
"Mən ilk dəfə 1989-cu ildə, yəni Sovetlər Birliyi dövründə Bakıya getmişəm. Bu, Bakıya ikinci səfərim olacaq, amma Qarabağa ilk dəfə gedəcəyəm. Uzun illər boyu Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının yenidən Azərbaycana qaytarılmasını böyük həsrətlə gözləmişik".
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Qarabağa səfər çərçivəsində Naxçıvanda olan Serhat TV İdarə Heyətinin sədri Alican Alibeyoğlu jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, nəhayət, 30 il sonra arzular reallaşdı: "Biz də həmin yerləri görməyi çox istəyirik. Sabah Bakıdan sonra Qarabağa gedib gəzəcəyik. Azərbaycanın tarixi Zəfəri Türkiyədə də böyük sevinclə qarşılandı. Hamı sanki bu qələbəni Türkiyə qazanmış kimi sevindi. Ümummilli Lider Heydər Əliyevin məşhur bir ifadəsi var: “Bir millət, iki dövlət”. Bizim üçün fərq yoxdur. Burada bizi necə səmimi şəkildə qarşıladılarsa, Türkiyədə də eyni sevgi ilə qarşılanırıq".
Digər xəbərlər