NAXÇIVAN :

14 May 2026, Cümə axşamı

Şəhid övladları “Şərq qapısı” redaksiyası ilə tanış olublar

...

Vətən müharibəsində qazanılan tarixi zəfərin beşinci ildönümü münasibətilə “Şərq qapısı” qəzetinin redaksiyasında “Şərq qapısı” qəzetində bir gün” adlı tədbir keçirilib.

Tədbirdə şəhidlərimizin övladları “Şərq qapısı” qəzetinin iş prosesi ilə tanış olublar. Onlara redaksiyanın müxtəlif şöbələrinin fəaliyyəti haqqında məlumat verilib, informasiya otağı, arxiv, kompüter və korrektura otaqlarında iş prosesi ilə tanış olublar.  

Tədbir çərçivəsində onlara qəzetin layihəsi əsasında işıq üzü görən və Naxçıvanın 151 şəhidin yer aldığı “Yüz ilin qəhrəmanları” kitabı haqqında məlumat verilib, qəzetin 104 illik tarixi və şəhidlərin xatirəsinin media səhifələrində necə əbədiləşdirildiyi diqqətə çatdırılıb. Həmçinin “Zəfər yolu” rubrikasının çapa hazırlanan səhifəsi təqdim olunub.

Daha sonra “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin çap sexində qəzetin necə hazırlanma prosesi izlənilib. Tədbirin sonunda uşaqlara “Məktəbli” qəzetinin yeni sayı və “Şərq qapısı” qəzeti hədiyyə edilib. Uşaqlar qəzetin fotomüxbirləri ilə görüşərək onlardan müsahibə alıblar.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 07.11.2025 14:10