NAXÇIVAN :

03 May 2026, Bazar

Şəhid ailələri üçün tibbi aksiya təşkil olunub

...

18 oktyabr – Müstəqilliyimizin Bərpası Günündə və zəfərimizin 5-ci ildönümü münasibətilə Naxçıvan  Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikası İcra Hakimiyyətinin dəstəyi ilə Naxçıvan Sağlamlıq Mərkəzində şəhid ailələri üçün tibbi aksiya təşkil olunub.
Aksiyanın məqsədi şəhid ailələrinin sağlamlığının qorunması, onlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması və sosial qayğının davamlı təmin edilməsidir.
Tədbir çərçivəsində şəhid ailələrinin üzvləri terapevt, kardioloq, oftalmoloq, nevropatoloq, endokrinoloq və digər ixtisaslı həkimlər tərəfindən müayinə olunub, laborator və diaqnostik xidmətlərdən keçiblər. Aksiya iştirakçılarına fərdi sağlamlıqla bağlı məsləhətlər verilib, profilaktik tədbirlər barədə məlumatlar təqdim olunub.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, bu cür aksiyalar dövlətin şəhid ailələrinə göstərdiyi daimi qayğının və yüksək ehtiramın bariz nümunəsidir.
Zəfərimizin 5-ci ildönümünə həsr olunan bu tibbi aksiya bir daha sübut etdi ki, şəhid ailələrinin rifahı, sağlamlığı və sosial təminatı hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Nəşr edilib : 18.10.2025 21:12