NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

Şahbuz rayonunda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

...

Fevralın 26-da Şahbuz Rayon Mədəniyyət Sarayında keçirilən tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, rayоnun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Tədbir iştirakçıları ilk öncə Xocalı soyqırımına həsr olunmuş sərgiyə baxıblar. Sərgidə Xocalı faciəsini özündə əks etdirən rəsm əsərləri, fotolar və nəşrlər nümayiş olunub. 

 Sonra Ümummilli Lider Heydər Əliyevin və respublikamızın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə “Xocalının son gecəsi“ sənədli filminin nümayişi keçirilib.

Nəşr edilib : 26.02.2026 16:35