NAXÇIVAN :

06 Iyun 2025, Cümə

Şahbuz rayon Xalq Teatrında “Sadığın toyu” tamaşasının premyerası olub

...

05 iyun 2025-ci il tarixində Şahbuz Rayon Mədəniyyət Sarayında Xalq Teatrının səhnələşdirdiyi, şair-dramaturq Sahib İbrahimlinin qələmə aldığı “Sadığın toyu” adlı məzhəkə teatrsevərlərə təqdim olunub.
Tamaşanın quruluşçu rejissoru Emin Hüseynov, rəssamı isə Səxavət Paşayevdir. Rollarda Emin Hüseynov (Sadıx), Elbəyi Qəhrəmanov (Cəfər), Səadət Abdinova (Nərgiz), İlham Bağırov (Mozu), Allahverdi Yolçuyev (Şərəli) çıxış ediblər.
Məzhəkə rayon ictimaiyyəti tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Sonda Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev səhnəyə çıxaraq yaradıcı heyətlə görüşüb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Nəşr edilib : 05.06.2025 21:17