QAİ: Ermənistanın Qərbi azərbaycanlıların qayıdış ...
20:24 23.06.2025
0
0
0
Ali təhsil müəssisələrinin magistraturalarının jurnalistika üzrə ixtisaslaşmalarına qəbul üçün qeydiyyatdan keçən bakalavrlar qabiliyyət imtahanına buraxılış vərəqəsini çap edib götürməli və iyunun 24 dən etibarən vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.
"Şərq qapısı" xəbər verir ki, barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bakalavrlar jurnalistika üzrə qabiliyyət imtahanında aşağıda qeyd olunan sənədləri təqdim etməlidirlər:
– şəxsiyyəti təsdiq edən sənədi;
– bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi;
– özlərinin dövri mətbuatda çap olunmuş jurnalistika janrları üzrə 2-3 ədəd yazılarını, internet mediada, radio və televiziyada yayımlanmış çıxışlarının elektron variantını (yazısını);
– təqdim edilən materialların müəllifə məxsus olması ilə bağlı medianın məsul işçisi tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmiş arayışı.
Qeyd olunan sənədlərdən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq olan bakalavr imtahana buraxılmır.
Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2025-ci il 1 may tarixli müvafiq Qərarına əsasən magistraturaya qəbul qaydalarında dəyişikliklər edilib. Bu dəyişikliklərə uyğun olaraq magistratura ixtisaslaşmalarına qəbul üzrə keçirilən qabiliyyət imtahanlarının nəticəsi balla qiymətləndirilir və xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar üzrə müsabiqə bakalavrın qabiliyyət imtahanlarında topladığı yekun bal əsasında aparılır.
Digər xəbərlər