NAXÇIVAN :

05 May 2025, Bazar ertəsi

Sabahdan Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başlayır

...

Sabahdan Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başlayır.

"Şərq qapısı" xəbər verir ki, 2025-2026-cı tədris ili üzrə birinci sinfə şagirdlərin elektron qeydiyyatı prosesi çərçivəsində https://məktəbəqəbul.edu.az portalında texniki sabitliyin və fasiləsizliyin təmin olunması məqsədilə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi prosesinin vaxtı dəyişdirilib.

Belə ki, Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mayın 6-sı saat 15:00-da, rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə isə 6 may saat 11:00-da start veriləcək.

Nəşr edilib : 05.05.2025 10:08