NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

...

Milli Hidrometeorologiya Xidməti mayın 5-6-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bu barədə  xidmətdən bildirilib.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası, Neftçala, Salyan, Mingəçevir, Göyçay, Göygöl, Gəncə, Samux, Naftalan, Goranboy, Daşkəsən, Gədəbəy, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şirvan, Ağsu, Şamaxı, Qobustan, Quba, Qusar, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Lerik, Yardımlı, Kəlbəcər, Laçın, Cəbrayıl, Füzuli, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.

Nəşr edilib : 04.05.2026 17:06