NAXÇIVAN :

29 Aprel 2025, Çərşənbə axşamı

Respublika müsabiqəsinin qalibləri təltif edilib

...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə 19-23 aprel tarixlərdə Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə həsr edilmiş Xalq çalğı alətləri ifaçıları və xanəndələrin Respublika müsabiqəsinin təltifetmə mərasimi keçirilib. 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən Çalxanqala Kənd Uşaq Musiqi Məktəbinin Xalq Çalğı Alətləri şöbəsinin Balaban ixtisası üzrə V sinif şagirdi İbrahim Abdullayev balaban nominasiyası üzrə I yerin qalibi, Naxçıvan Şəhər Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq  Məktəbinin Xalq Çalğı Alətləri şöbəsinin Tar ixtisası üzrə V sinif şagirdi Murad Babazadə tar nominasiyası üzrə III yerin qalibi olmağı münasibətilə təltif edilib.

Nəşr edilib : 25.04.2025 14:53