Koordinasiya Şurasının növbəti iclası keçirilib...
14:46 01.05.2025
0
0
0
"Şərq qapısı" xəbər verir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı tamaşaçılarını daha bir maraqlı səhnə əsəri ilə sevindirəcək. Bu, dünyaşöhrətli İrland yazıçısı, şair və dramaturq Samuel Bekketin teatrın klassik nümunəsi olan "Qodonun intizarında" pyesidir. Müəllifin eyniadlı pyesi əsasında hazırlanan tamaşa bu dəfə teatrın direktoru, istedadlı rejissor Mir Qabil Əkbərovun quruluşunda səhnə təcəssümü tapıb.
İctimai baxış zamanı teatrın direktoru Mir Qabil Əkbərov bildirib ki, tamaşanın xronometrajı bir saatdır, 4 nəfərlikdir.
Sonra bədii şuranın üzvləri tamaşa haqqında fikirlərini bildirərək yaradıcı heyətə uğurlar arzu ediblər.
Səhnə əsərində Azərbaycan Respublikasının Əməkdar artisti Behruz Haxverdiyev "Vladimir", Zakir Fətəliyev "Estraqon", gənc aktyorlar Məmməd Mehdiyev "Poçço" və İsmayıl Mirzəcanov "Lakki" obrazlarını məharətlə canlandırıblar.
Qeyd edək ki, tamaşanın rejissoru Mir Qabil Əkbərov, rejissor assistenti Leyla Yaqubova, quruluşçu rəssamı Araz Xudiyev, musiqi tərtibatçısı İbrahim Əliyevdir.
Digər xəbərlər