NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Qazaxıstan Azərbaycanla enerji sazişini təsdiqləyib

...

Qazaxıstan hökuməti Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığa dair saziş layihəsini təsdiqləyib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Qazaxıstan Nazirlər Kabinetinin qərarında qeyd olunub.

Sazişə əsasən, tərəflər əməkdaşlığı neft-qaz, bərpa olunan enerji mənbələri və qarşılıqlı maraq doğuran digər sahələrdə inkişaf etdirəcəklər.

Bildirilir ki, bu sənəd iki ölkə arasında enerji əməkdaşlığının genişləndirilməsi və regionda enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edəcək.

Nəşr edilib : 24.10.2025 12:18