NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

...

Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti arasında təhsil və elmi əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, elm və təhsil naziri Emin Əmrullayevin Türkiyədə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarla görüşüb.
Görüşdə iki ölkə arasında ali təhsil sahəsində strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə olunub, Azərbaycanla Türkiyənin ali təhsil müəssisələri arasında uzunmüddətli səmərəli əməkdaşlığın nəticələri təqdir edilib.

Nəşr edilib : 21.01.2026 20:16