NAXÇIVAN :

20 Aprel 2026, Bazar ertəsi

"Qalatasaray” Çempionlar Liqasında ardıcıl ikinci qələbəsini qazanıb

...

Türkiyənin “Qalatasaray” komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.
“Şərq qapısı”  xəbər verir ki, İstanbul təmsilçisi doğma meydanda Norveçin "Budyo Qlimt" klubunu qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Qalatasaray"ın heyətində Viktor Osimhen dubl edib. Digər qolu Yunus Akgün vurub. Qonaqlardan isə Andreas Helmersen fərqlənib.
Bu nəticədən sonra turnir cədvəlində "Qalatasaray" 6 xalla 11-ci, "Budyo Qlimt" isə 3 xalla 26-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, Türkiyə klubu ötən tur evdə İngiltərə "Liverpul"una minimal hesabla qalib gəlib.

Nəşr edilib : 22.10.2025 22:52