NAXÇIVAN :

13 Iyun 2025, Cümə

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

...

Pirəkəşküldə istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək.

"Şərq qapısı" xəbər verir ki, bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sözügedən döyüş sursatları iyunun 10-13-də təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv ediləcək:

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".

Nəşr edilib : 10.06.2025 11:55