Bu günün valyuta məzənnələri
09:25 04.05.2026
0
0
0
Dekabrın 2-də Bakıda Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Peşə təhsili: nailiyyətlər və çağırışlar” mövzusunda konfrans keçirilib.
"Şərq qapısı" xəbər verir ki, açılış mərasimində çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli peşə təhsilinin müasir dövrün tələblərinə cavab verən, rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasında xüsusi rol oynadığını bildirib. Nazirliyin rəsmisi diqqətə çatdırıb ki, ölkənin müxtəlif bölgələrində müasir təhsil proqramları əsasında fəaliyyət göstərən peşə təhsili müəssisələri yenidən qurulub və istifadəyə verilib, nəticədə tələbə qəbulu iki dəfə artıb. O, peşə təhsilinin strateji sənədlərdə, o cümlədən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda və “Böyük Qayıdış” proqramında öz əksini tapdığını vurğulayıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor səlahiyyətlərini icra edən direktor müavini Simnar Mamedov bildirib ki, infrastruktur sahəsində görülən işlər nəticəsində peşə təhsilinin maddi-texniki bazası və tədris infrastrukturu əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Bu, əmək bazarının və iqtisadiyyatın real tələblərinə uyğun bacarıqlara malik kadrların hazırlanmasına xidmət edir.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov çıxışında cəmiyyətin peşə təhsilinə münasibətinin zamanla dəyişdiyini vurğulayıb.
Sonra 2022–2025-ci illər ərzində peşə təhsili sahəsində əldə olunan nəticələr təqdim edilib, görülən işlər təhlil olunub və mövcud təcrübə əsasında yeni dövr üçün çağırışlar müzakirə edilib.
Konfransın növbəti sessiyalarında müzakirələr təşkil edilib, iştirakçılar arasında peşə təhsili sisteminin inkişaf prioritetləri, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının gücləndirilməsi, idarəetmənin optimallaşdırılması və tədrisin keyfiyyətinin artırılması istiqamətləri üzrə praktiki təkliflər və mövcud çətinliklərlə bağlı fikir mübadiləsi aparılıb.
Digər xəbərlər