NAXÇIVAN :

24 May 2025, Şənbə

Pakistanın Baş naziri mayın 25-30-da Azərbaycan da daxil olmaqla dörd ölkəyə səfər edəcək

...

Pakistanın Baş naziri Şahbaz Şərif mayın 25-30-da Türkiyə, İran, Azərbaycan və Tacikistana səfər edəcək.

Bu barədə "Şərq qapısı" Pakistan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, o, səfər zamanı bu ölkələrin liderləri ilə ikitərəfli münasibətlərə dair bir çox məsələlər, həmçinin regional və beynəlxalq proseslər barədə müzakirələr aparacaq.

"Onun həmçinin bu yaxınlarda Hindistanla münasibətlərdə yaranmış böhran zamanı dost ölkələr tərəfindən Pakistana göstərilən dəstəyə görə minnətdarlığını bildirmək imkanı olacaq. Baş nazir mayın 29-30-da Duşənbədə (Tacikistan) keçiriləcək buzlaqlarla bağlı beynəlxalq konfransda iştirak edəcək", - məlumatda qeyd olunub.

Nəşr edilib : 23.05.2025 18:28