NAXÇIVAN :

07 May 2025, Çərşənbə

Pakistan Hindistanın iki döyüş təyyarəsini vurub

...

Pakistanın Hava Hücumundan Müdafiə Sistemi Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Fransa istehsalı olan iki “Rafale” qırıcısını vurub.
“Şərq qapısı” xəbər verir ki, bu barədə “SAMAA TV” Pakistanın təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.
Qeyd edək ki, Hindistanın Pakistanın üç şəhərinə raket zərbələri endirməsindən sonra rəsmi İslamabad hava məkanını bağlayıb, qırıcı təyyarələrini səmaya qaldırıb.

Nəşr edilib : 07.05.2025 04:48