Ombudsman Şuşa və Xocalıda aşkar olunmuş kütləvi m...
10:22 03.05.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri nəticəsində ötən il 211 min 204 ədəd istifadəyə yararsız yumurtanın satışının qarşısı alınıb, məhvetmə barədə qərar qəbul olunub və icra edilib.
Agentlikdən “Şərq qapısı”na bildirilib ki, nəzarət tədbirləri nəticəsində 1217 ədəd müxtəlif növ qida məhsulu, 12 kiloqram istifadəyə yararsız toyuq əti dönəri, 29 kiloqram ət və süd məhsulu barədə məhvetmə qərarı qəbul olunub.
Eyni zamanda idxal olunan məhsulların üzərində Azərbaycan dilində zəruri məlumatların olub-olmaması ilə bağlı 301 qida obyektində monitorinq aparılıb, 57 min 524 ədəd müxtəlif növ qida məhsullarının etiketində Azərbaycan dilində zəruri məlumatların qeyd olunmadığı aşkarlanıb. Nöqsanların təsərrüfat subyektləri tərəfindən aradan qaldırılması təmin edilib.
Digər xəbərlər