NAXÇIVAN :

03 May 2025, Şənbə

Ötən il muxtar respublikada fəaliyyət göstərən 47 dönərxanada monitorinqlər aparılıb

...

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən əhalinin qida təhlükəsizliyi sahəsində həyat və sağlamlığının qorunması məqsədilə agentlik tərəfindən mütəmadi olaraq qida obyektlərində dövlət nəzarəti tədbirləri aparılır. Yoxlama, təftiş, reyd və monitorinqlər zamanı uyğunsuzluqlar və nöqsanlar aşkarlandıqda qanunvericiliyə uyğun tədbirlər görülür. Qida məhsullarının risk səviyyəsindən və mövsümdən asılı olaraq daha sıx nəzarət tədbirləri həyata keçirilir.

Agentlikdən “Şərq qapısı”na bildirilib ki, ötən il ərzində muxtar respublikada fəaliyyət göstərən 47 dönərxanada 96 halda monitorinq aparılıb, nöqsanlar aşkar olunub, bununla bağlı sağlamlaşdırıcı tədbirlərin görülməsinə dair icrası məcburi göstərişlər verilib. Nəzarət tədbirləri zamanı 22 halda dönər və dönərdə istifadə olunan mayonez əsaslı sous məhsulundan nümunə götürülərək analiz olunması üçün Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Mövcud resurslar daxilində bəzi keyfiyyət göstəriciləri üzrə müayinələr aparılıb, 19 halda nəticələrin uyğun olduğu, 4 halda nəticələrdə uyğunsuzluqlar aşkarlanıb. Bununla əlaqədar qanunvericiliyə uyğun tədbirlər həyata keçirilib.

Nəşr edilib : 19.02.2025 10:49