NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsi 4% artıb

...

2025-ci il üzrə Azərbaycanın xarici ticarət dövriyyəsi 49,4 mlrd. ABŞ dollarına çatıb.

"Şərq qapısı" xəbər verir ki, Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 3,8 % çoxdur.

Bu dövr üzrə ixracın həcmi 5,7% azalaraq 25,04 mlrd. dollara çatıb. İdxal isə 15,8% artaraq 24,4 mlrd. dollara bərabər olub.

Bu isə xarici ticarət saldosuna mənfi təsir edib. Belə ki, ötən il xarici ticarətin müsbət saldosu 8,3 dəfə azalaraq 663 mln. dollara enib. Halbuki, 2024-cü ildə bu rəqəm 5,5 mlrd. dollar təşkil etmişdi.

Nəşr edilib : 21.01.2026 10:32