NAXÇIVAN :

03 May 2026, Bazar

Ötən il 959 təhsil müəssisəsində cari təmir işləri aparılıb

...

Hesabat ilində dövlət büdcəsindən təhsil və elm xərclərinə 4,8 milyard manatdan artıq vəsait ayrılıb.

"Şərq qapısı" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov martın 13-də Milli Məclisdə çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, 2025-ci ildə 31 təhsil müəssisəsində işlər yekunlaşdırılıb, 97 təhsil müəssisəsində isə tikinti-quraşdırma işləri davam edir. Eyni zamanda, 959 təhsil müəssisəsində, o cümlədən 10 peşə, 4 kollec, 185 məktəbəqədər və 760 ümumi təhsil müəssisəsində cari təmir işləri aparılıb. Bu işlərin mərhələli şəkildə davam etdirilməsi planlaşdırılır.

Nəşr edilib : 13.03.2026 11:50