NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Ötən gün paytaxtdan bölgələrə rekord sayda sərnişin daşınıb

...

Novruz və Ramazan bayramları ilə əlaqədar bütün avtovağzal və avtostansiyalar martın 19-dan gücləndirilmiş iş rejimində çalışır.
"Şərq qapısı" xəbər verir ki, ötən gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 438 reys həyata keçirilib, 16 222 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu, son illərin rekord göstəricisidir.
Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 200-dən çox reys həyata keçirilib.
Sərnişinlərin 57 faizi biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb.

Nəşr edilib : 20.03.2026 14:36