NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Ötən gün aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb

...

Ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 3 pulemyot, 5 tapança, 31 tüfəng, 15 patron darağı və müxtəlif çaplı 2 min 91 ədəd patron aşkar edərək götürüblər.

"Şərq qapısı" xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat daxil olub.

Bildirilib ki, DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Nəşr edilib : 01.10.2025 11:12