NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

Numan Kurtulmuş: Azərbaycan xalqının ağrısını bölüşürük

...

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə Azərbaycan xalqına başsağlığı verib.

"Şərq qapısı" xəbər verir ki, Türkiyə parlamenti sədrinin sosial media paylaşımında deyilir: “Faciənin 34-cü ildönümündə Xocalıda şəhid olan qardaş və bacıların xatirəsini səmimi-qəlbdən yad edirəm və Azərbaycan xalqının ağrısını bölüşürəm”.

Numan Kurtulmuş “Bir millət, iki dövlət” kəlamı işığında “dost və qardaş Azərbaycana sarsılmaz dəstək və həmrəylik” ifadə edib.

Nəşr edilib : 26.02.2026 16:05