Azərbaycanın daha bir güləşçisi Avropa çempionu ol...
22:51 22.04.2026
0
0
0
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında birinci olub.
"Şərq qapısı" xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda türkiyəli Murat Fırata qalib gələrək qızıl medala sahib çıxıb.
Həsrət Cəfərov karyerasında ardıcıl dördüncü dəfə Avropa çempionu olub.
Digər xəbərlər