"Konstitusiya və Suverenlik İli” çərçivəsində "Kon...
21:29 29.04.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən istedadlı gəncləri kəşf etmək, onların yaradıcılığını ön plana çıxarmaq, milli mədəniyyətə olan sevgini gücləndirərək zəngin mədəni irsimizi gələcək nəsilə ötürmək məqsədilə görülən işlər davam etdirilir.
Belə ki, nazirliyin tabeliyində fəaliyyət göstərən Naxçıvan Şəhər Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin V sinif şagirdi Babazadə Muradın solo konserti keçirilib.
Naxçıvan Dövlət Filarmoniyasında təşkil olunan konsertdə “Kor Ərəbin Mahnısı”, “Martı Yallısı”, “Torağay Quşu”, “Qərənfil” və digər musiqi nömrələri təqdim olunub.
Solo konserti keçirilən gənc istedada Mədəniyyət Nazirliyinin fəxri fərmanı təqdim olunub.
Digər xəbərlər