NAXÇIVAN :

14 May 2026, Cümə axşamı

NDU-da Ümummilli Liderin anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbir keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə universitetin İncəsənət fakültəsinin müəllim və tələbələrinin hazırladığı rəsm sərgisinə baxış olub. Tədbirdə Ulu Öndərin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Universitetin rektoru Elbrus İsayev çıxışında Heydər Əliyevin Azərbaycanın inkişafındakı tarixi rolundan danışaraq Onun əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Qeyd olunub ki, NDU kampusunun yaradılması da bilavasitə Ümummilli Liderin adı ilə bağlıdır.
AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli Ulu Öndərin Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasındakı xidmətlərindən bəhs edib. ATGTİ sədri Rəşad Zeynalov isə Heydər Əliyevin gənclər siyasətinin əhəmiyyətini vurğulayıb.
Tədbirin bədii hissəsində Mübariz Əsgərovun rəhbərliyi ilə universitetin simfonik orkestrinin konsert proqramı təqdim olunub. Proqram müxtəlif musiqi nömrələri ilə yekunlaşıb.

Nəşr edilib : 08.05.2026 20:50