Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr ol...
17:51 08.05.2025
0
0
0
Mayın 8-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Ümummilli Liderin məzarını ziyarət edib.
"Şərq qapısı" xəbər verir ki, daimi nümayəndəliyin kollektivi müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə güllər qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı önünə tər güllər düzülüb, əziz xatirəsi ehtiramla anılıb.
Digər xəbərlər