Naxçıvanda Sahibkarlar Gününə həsr olunmuş tədbir ...
18:59 30.04.2025
0
0
0
“AzərEnerji” ASC ilə Türkiyənin Elektrik Ötürülməsi Anonim Şirkəti (TEİAŞ) arasında Əməliyyat Müqaviləsi imzalanıb.
"Şərq qapısı" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.
“Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə birgə strateji əhəmiyyətli enerji təhlükəsizliyi layihələri üzrə əməkdaşlığımızı dəyərləndirdik. Cənub Qaz Dəhlizi, Naxçıvan-Türkiyə Enerji Transmissiyası və Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan Yaşıl Enerji Dəhlizi layihələrinin inkişafı ilə bağlı məsələləri müzakirə etdik. Naxçıvandan Türkiyəyə elektrik enerjisinin ixrac imkanlarını artırmaq məqsədilə “AzərEnerji” ASC ilə Türkiyənin Elektrik Ötürülməsi Anonim Şirkəti (TEİAŞ) arasında Əməliyyat Müqaviləsi imzalandı”, - deyə məlumatda bildirilir.
Digər xəbərlər