Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında o...
20:23 23.06.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, Rusiyada – Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində kəmər güləşi üzrə dünya çempionatı keçirilib. Yarışda 29 ölkədən, ümumilikdə, 300 idmançı iştirak edib.
Çempionata milli komandamızın heyətindən qatılan idmançılar arasında Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin, Əməkdar məşqçi Faiq İsgəndərovun yetirməsi Namiq Əlizadə də olub.
2007-2008-ci il təvəllüdlü idmançılar arasında 65 kq çəki dərəcəsi üzrə mübarizə aparan təmsilçimiz əvvəlcə Suriya, sonra Tacikistan idmançılarını məğlub edərək finala yüksəlib. Rusiya idmançısı ilə keçirdiyi final görüşündə üstünlüyü əldən verən Namiq buna baxmayaraq, gümüş medal qazanmaqla karyerasında ilk dəfə dünya çempionatının mükafatçısı olub.
Qeyd edək ki, kəmər güləşinin (koresh) tarixi kökləri türk xalqları ilə bağlıdır.
Digər xəbərlər