NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

Naxçıvandan iki şahmatçı Dubayda keçirilən turnirin mükafatçısı olub

...

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Grandmasters Chess Cup 2025" adlı beynəlxalq turnir keçirilib. Yarışa Azərbaycan daxil olmaqla, 9 ölkədən 25 şahmatçı qatılıb. Turnirin qalibi Azərbaycan şahmatçısı Fərid Mustafayev (8 xal) olub.

Ölkəmizi turnirdə təmsil edən üç naxçıvanlı şahmatçıdan ikisi mükafatçılar sırasında olub. İsveçrə sistemi üzrə 9 turdan ibarət yarışda beynəlxalq usta Pərviz Qasımov (6 xal) dördüncü, qrossmeyster Urfan Sevdimalıyev (5.5 xal) isə 6-cı yerin sahibi kimi pul mükafatına layiq görülüblər.

Nəşr edilib : 22.12.2025 14:10