NAXÇIVAN :

04 May 2025, Bazar

Naxçıvanda vergiödəyicilərinin sayı 13 faizdən çox artıb

...

Cari ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında 6253 yeni vergiödəyicisi qeydiyyata alınıb. Onların 5983-ü fiziki şəxslər, 270-i isə hüquqi şəxslər və digər təşkilatlar olub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, qeydiyyata alınmış vergiödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz artıb.

Bu ilin 11 ayı ərzində kommersiya qurumlarının 81,8 faizi elektron qaydada, 18,2 faizi isə kağız daşıyıcısında müraciətlər əsasında qeydiyyata alınıb.

Nəşr edilib : 13.12.2024 12:03