Dövlət Vergi Xidməti maarifləndirici bukletlər haz...
15:34 29.04.2026
0
0
0
Mayın 2-3 və 10-11 tarixlərində Naxçıvan Muxtar Respublikasında təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə test imtahanları keçiriləcək. Prosesdə, ümumilikdə, 2772 təhsilverənin iştirakı nəzərdə tutulur.
“Şərq qapısı” xəbər verir ki, imtahan qrafikinə əsasən:
2 may – alman, fransız, ingilis, rus dilləri, Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatı, informatika müəllimləri;
3 may – riyaziyyat, kimya, biologiya müəllimləri;
10 may – fizika, ibtidai sinif və coğrafiya müəllimləri;
11 may – fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, musiqi, tarix, təsviri incəsənət və texnologiya müəllimləri sertifikatlaşdırma imtahanlarında iştirak edəcəklər.
Digər xəbərlər