NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Naxçıvanda “Qumdan sənətə” müsabiqəsi keçirilib

...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Qumdan sənətə” adlı qum sənəti müsabiqəsi keçirilib.
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil olunan müsabiqədə, ümumilikdə, 15 yeniyetmə iştirak edib. Yarış iştirakçıların yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması, incəsənətə marağın artırılması və asudə vaxtın səmərəli təşkili məqsədi daşıyıb.
Müsabiqə zamanı iştirakçılar verilmiş mövzular əsasında qum sənəti üzrə öz bacarıqlarını nümayiş etdiriblər.Təqdim olunan işlər münsiflər heyəti tərəfindən mövzuya uyğunluq, yaradıcılıq yanaşması, təsvirin qurulması və qumla işləmə texnikası meyarları üzrə qiymətləndirilib.
Qiymətləndirməyə əsasən İlyas Novruzov müsabiqənin qalibi olub. Nurgül Quliyeva ikinci, Fidan Dünyamalıyeva isə üçüncü yerə layiq görülüb. İlk üç yerin sahibləri diplom və qiymətli hədiyyələrlə təltif olunub, digər iştirakçılara isə fəxri fərmanlar təqdim edilib.

Nəşr edilib : 17.03.2026 17:14