NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Nazir: Özəl sektorda əmək müqavilələrinin sayı 2,1 dəfə artaraq 1 milyonu ötüb

...

Özəl sektorda əmək müqavilələrinin sayı 2,1 dəfə artaraq 1 milyonu keçib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbirdə deyib.

Nazir qeyd edib ki, sahibkarlığın inkişafı ölkənin iqtisadi potensialının möhkəmlənməsində və sosial rifahın yüksəlməsində həlledici rol oynayan əsas amillərdən biridir. 2018-ci ildən etibarən 4 milyon nəfəri əhatə edən 5 sosial islahat paketi reallaşdırılıb. Bu dövrdə əmək müqavilələrinin sayı 44 faiz artaraq 1,9 milyona çatıb.

Nəşr edilib : 29.04.2026 11:34