NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində musiqi rəhbəri vəzifəsinə işə qəbul üzrə müsahibə mərhələsinə başlanılıb

...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən  məktəbəqədər təhsil müəssisələrində vakant olan musiqi rəhbəri vəzifəsinə işə qəbul üzrə müsahibə mərhələsinə başlanılıb.  
3 gün davam edəcək müsahibə mərhələsində namizədlərə ixtisas, uşaq psixologiyası və pedaqogika, həmçinin təhsil qanunvericiliyi üzrə açıq və praktik suallar verilir,  onların musiqi alətində ifa etmək bacarığı da yoxlanılır.
Qeyd edək ki, müsahibədən uğurla keçən namizədlər müvafiq vakant yerlərə yerləşdiriləcəklər. Vakant yer üzrə yerləşdirmə mərhələsində müsahibədə toplanılan bal ardıcıllığına uyğun olaraq vakant yerlər üzrə yerləşdirmə həyata keçiriləcək.

Nəşr edilib : 27.10.2025 19:44