NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Naxçıvanda magistratura səviyyəsinə qəbul imtahanı keçirilib

...

Bu gün Naxçıvanda Dövlət İmtahan Mərkəzi tərəfindən magistratura səviyyəsinə qəbul imtahanı keçirilib.
“Şərq qapısı” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında imtahan iki binada təşkil olunub və ümumilikdə, 542 bakalavr iştirak edib.
İmtahan prosesinə nəzarətin səmərəli təşkili məqsədilə 6 imtahan rəhbəri və 56 nəzarətçi-müəllim ayrılıb.
İmtahan iki mərhələdən ibarətdir. Birinci mərhələ  test imtahanı üçün 3 saat vaxt ayrılıb. İkinci mərhələ esse yazısıdır, müddəti isə 30 dəqiqədir.
Qeyd edək ki, imtahan saat 11:00-da başlanıb.

Nəşr edilib : 15.02.2026 14:00