NATO-nun Baş katibi Türkiyənin xarici işlər naziri...
15:46 22.04.2026
0
0
0
“Maliyyə icarəsi haqqında” yeni Qanun layihəsi hazırlanıb.
"Şərq qapısı" xəbər verir ki, bu məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 22-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, məsələ milli qanunvericilikdə istifadə olunan “lizinq” termininin (anlayışının) “maliyyə icarəsi” termini (anlayışı) ilə əvəz edilməsi (adlandırılması) ilə bağlıdır. Beynəlxalq termin olan “leasing” sözü dilimizə tələffüz olunduğu kimi keçib, yəni “lizinq” kimi ifadə olunub, hazırda təqdim olunan qanun layihəsində isə onun “maliyyə icarəsi” kimi işlədilməsi (tərcümə olunması) məqsədəuyğun hesab edilib.
Qeyd edilib ki, Mülki Məcəllənin 38-ci fəsli "Lizinq" adlansa da, o əslində “maliyyə lizinqi”, yeni ifadə ilə desək “maliyyə icarəsi” ilə bağlı münasibətləri tənzimləyir, qüvvədə olan qanunvericilikdə isə “maliyyə lizinqi” termini indiyə qədər əsasən Vergi Məcəlləsində istifadə edilib.
Beləliklə, yeni qanunun qəbulu ilə “maliyyə icarəsi” ilə bağlı vahid yanaşma təmin ediləcək, terminlərin eyniləşdirilməsi həyata keçiriləcək, “lizinq” adı ilə təqdim olunan fəaliyyətin hüquqi statusu və mahiyyətinin bu xidmətin istehlakçıları tərəfindən daha aydın qavranılmasına nail olunacaq.
Onu da qeyd etmək lazımdır ki, bu sahədə hüquqi müəyyənliyin yaradılması baxımından Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarları da xüsusi əhəmiyyətə malik olub.
Digər xəbərlər